Ağdaş sakininin evindən narkotik maddə və silah aşkarlanıb

Ağdaş sakininin evindən narkotik maddə və silah aşkarlanıbAğdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini 44 yaşlı Qadir Məmmədov saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən 9 çətənə bitkisi aşkarlanıb. Davam etdirilən tədbirlərlə Q.Məmmədova məxsus evdən və həyətdəki toyuq hinindən 18 kibrit qutusunda, sellofan torbalarda ümumi çəkisi 400 qrama yaxın qurudulmuş marixuana, 3 kisədə 2 kiloqram 655 qram qurudulmayan marixuana, eləcə də müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.