Xocahəsən yolunda təmir-bərpa işləri aparılır - VİDEO

Xocahəsən yolunda təmir-bərpa işləri aparılır - VİDEO
Həm ölkə, həm də paytaxt üçün əhəmiyyətli yollardan sayılan Xocahəsən yolunun təmiri artıq bir neçə aydır davam edir. Iş icarçılarıları yolun bir hissəsinin asfaltlandığını, digər hissəsində isə təmir işlərinin hələ davam etdiyini bildirir. Ərazidə yaşayanlar və hər gün bu yoldan keçməyə məcbur olanlar isə tez-tez yaranan tıxac, eyni zamanda külək səbəbi ilə qalxan tozun onlara problem yaratdığını , buna görə də təmirin tez başa çatmasını arzuladığlarını bildirir.

2 gediş , 2 gəliş zolağından ibarət olan yol hissələrlə təmir edilir. Buna görə yolun bir zolağı bir hissəsi bağlanılıb və avtomobillər bir eyni istiqamətli yolda qarşı-qarşıya hərkət edirlər. Görüntülər Xocahəsən yolundandır.

Ümumilkdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 180 min kvadratmetrdən çox sahədə yeniyol infrastrukturu yaradılır. Ərazidə yaşayan sakinlər isə təmirin tez başa çatmasını istəyir. Çünki ərazidə tez-tez sıxlıq yaşanır , eyni zamanda külək səbəbi ilə ətrafa günün bütün saatlarında toz yayılır.

İş icarçılarının sözlərinə görə isə ərazidə kommunikasiya xətləri yeniləndiyi üçün işlər bir qədəe ləngiyir. Amma növbəti ayın sonuna kimi yolda asfaltlanma işi başa çatdırılması palnlaşdırılır.