
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun rəhbəri oluğu "Relax" İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb.
ictimaixeber.info bildirir ki, deputat İqbal Məmmədov məsələ ilə bağlı Unikal.org-a özəl açıqlama verib.
O "Relax" İstirahət Mərkəzində baş verən hadisəni təxribat adlandırıb:
"Mən bu gün gəlmişəm. Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən "Relax"da yoxlama aparırlar. Dava "Relax"ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib".
İqbal Məmmədov baş verən hadisəyə görə, oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını da təkzib edib: "Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır".
ictimaixeber.info bildirir ki, Deputat İqbal Məmmədov oğlunun və sahibi olduğu "Relax" istirahət mərkəzinin altı əməkdaşının saxlanılması ilə bağlı "Ölkə.Az"-a danışıb.
Saxlanma faktını təsdiqləyən deputat bildirib ki, hadisə vergi əməkdaşları ilə deyil, turistlərlə olub:
İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI - YENİLƏNİB
sosial sebeke

















