Azərbaycandakı milyarder və milyonçular...

sosial sebeke

Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının siyahısını açıqlayır.
Məsələn, “Forbes”in bu il üçün hazırladığı məlumata görə, milyaderlərin ümumi sərvətinin miqdarı 9,1 trilyon dollardan 8,7 trilyona qədər azalıb.

“Siyahıya “Amazon” şirkətinin qurucusu Jeff Bezos 131 milyard dollarlıq sərvətlə başçılıq edir.

İkinci sırada yer alan “Microsoft”un sahibi Bill Qeytsin sərvəti 96, 5 milyard dollardır. Üçüncü yerdə 82,5 milyard dollarlıq sərvətlə Berkshire Hatvay qərarlaşıb.


Hər il yayımlanan nəşrlərdə azərbaycanlı iş adamları - “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərovun, “Crocus Group”un rəhbəri Araz Ağalarovun, “NortQaz” şirkətinin yaradıcısı Fərhad Əhmədovun da adına rast gəlinir.


Amma nədənsə rəsmi göstəricilərdə iqtisadi yüksəliş xətti tutan Azərbaycanın özündə milyarderlər bir yana qalsın, milyonçuların belə adı açıqlanmır.

Heç kimə də sirr deyil ki, Azərbaycanda belə adamlar var. Hətta söhbət təkcə milyonçulardan getmir, ölkəmizdə milyarderlərin olduğuna da şübhə yoxdur. Di gəl ki, onların adları açıqlanmır… Bunun əsas səbəblərindən biri Azərbaycanda həddindən artıq zənginlənmiş adamların bir qisminin oliqarxlaşmış məmurlar, deputatlar olmasıdır. Məhz belə zəngin məmur və deputatlar sayəsində ölkəmizdə gəlirlər deklarasiyası ilə bağlı qanunvericilik illərdir daşa dirənib, qəbul olunması əngəllənir. Çünki həmin qanun qüvvəyə minsə, gəlirləri barədə hesabat verməyə məcbur olacaq milyonçu və milyarderlərin varidatı da açığa çıxacaq.

SON XƏBƏRLƏR