Müəllimlərin diaqnostikası yeni qaydalarla aparılır - AÇIQLAMA

Ümumitəhsil müəssisələrində işləyən psixoloqların, yaradıcı və incəsənət fənlərini tədris edən heyətin diaqnostik qiymətləndirilməsinə başlanılıb.

İctimaixəbər.com xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.
Əmrə əsasən müəllimlərlə yanaşı pedaqji fəaliyyətlə məşğul olan digər təhsil işçilərinin də diaqonostik qiymətləndirilməsi həyata keçiriləcək. Yaradıcı incəsənət fənlərinin tədrisini həyata keçirənlərlə yanaşı təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqlar da diaqnostik qiymətləndirilmədən kənarda qalmışdı.Yeni əmrlə isə onlar da diaqnostik qiymətləndirməyə cəlb edilib.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib ki, incəsənət və yaradıcılıq fənlərini tədris edən müəllimlərin imtahanı da fərqli həyata keçirilib.
Qeyd edək ki, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərənlərin əməkhaqları bu aydan müvafiq qaydada artırılacaq.