AVRO-2020-nin təqvimi bilindi

AVRO-2020-nin qrup mərhələsinin təqvimi dəqiqləşib.

İctimaixəbər.com xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən püşkatmada qrupların tərkibi ilə yanaşı, komandaların “nömrələri” bəlli olub. Bu da təqvimin müəyyənləşməsində rol oynayıb. Təkcə çempionat deyil, oyunları Bakı və Romada keçiriləcək A qrupunun ilk görüşü iyunun 12-də İtaliya paytaxtında baş tutacaq. Həmin qarşılaşmada meydan sahibləri Türkiyəni sınağa çəkəcək.

Bakı Olimpiya Stadionundakı ilk görüşdə İsveçrə və Uels iyunun 13-də qarşılaşacaq. Ayın 17-də Türkiyə - Uels, 21-də Türkiyə - İsveçrə görüşləri baş tutacaq.