Bakıda övladlarına işgəncə verən ata həbs edildi, ögey ana polis nəzarətinə verildi

Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İctimaixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz “Facebook” səhifəsində məlumat verib.

Bildirilib ki, aparılmış istintaqla Ağcabədi rayon sakini Xəqani Əkbərovun Nuranə Əkbərova ilə köməksiz vəziyyətdə olan övladları Qulu Əkbərov və Hüseyn Əkbərzadəni Zabrat qəsəbəsində yaşadıqları evdə mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə fiziki ağrılar yetirdiyi müəyyənləşdirilib.