Hündürlüyü 2 metr 15 sm-dir, boyunda artım davam edir - VİDEO

sosial sebeke

İnsanlar arasında gəzəndə hündürlüyü ilə diqqət çəkir... O, bəzi insanlardan ikiqat hündürdür.

İctimaixeber.com bildirir ki, söhbət Bərdə sakini, 24 yaşlı Elçin Hümbətovdan gedir.

Elçin deyir ki, o, balaca vaxtından hündürboylu olub. Sonradan onun boyu anormal şəkildə artmaga başlayıb. 11- ci sinifdə oxuyanda boyu 2 metr 05 santimetr olub. Sonradan yenə 10 sm artaraq 2 metr 15 sm-ə çatıb.

Elçin Hümbətov bildirir ki, boyunun uzun olmasının həm mənfi, həm də müsbət cəhətləri var. Hündürlüyünə görə əyninə paltar tapılmaması, yatacaq yerinin problemli olması ilə yanaşı bəzi işlərdə hündürlüyündən istifadə edir.

Elçin Hümbətov boyunun artmasını həkimlərlə də məsləhətləşib. Bildirilib ki, onun müalicəsi mümkündür. İndi o, müalicə üçün Bakıdakı həkimlərə müraciət edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

SON XƏBƏRLƏR