Bayram günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gün ərzində 16-19 min sərnişin daşınacaq.
İctimaixeber.com bildirir ki, bunu Kompleksin sözçüsü Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, sərnişin sıxlığının artacağı nəzərə alınaraq qurum dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışır və bu rejim yanvarın 5-nə qədər davam edəcək. Ehtiyac yaranan istiqamətlər üzrə ehtiyat avtobuslar cəlb olunub. Süni qiymət artımına isə ümumiyyətlə yol verilməyəcək
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirildi ki, bu gündən ölkənin 56 avtovağzal və avtostansiya kompleksi gücləndirilmiş iş rejiminə keçib. Həmçinin Sumqayıt, Novxanı və Saray istiqamətində hərəkət edən marşurutların bəziləri isə səhərə qədər sərnişinlərə xidmət göstərəcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən həmçinin bildirildi ki, bayram gecəsi metronun "Memar Əcəmi" stansiyasından Masazır qəsəbəsi və Zəngilan şəhərciyinə sərnişin daşıyan 525 saylı avtobus da gücləndirilmiş iş rejmində sərnişinlərə xidmət edəcək. Həmin tarixdə 525 saylı xəttin 2 avtobusu səhərə kimi sərnişinləri ünvan başına çatdıracaq.
Bayram günlərində qatarlar da gücləndirilmiş iş rejmində vətəndaşlara xidmət edəcək. "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, qatarlara vaqonlar əlavə ediləcək, 30 və 31 dekabr tarixlərində həm də Bakı-Gəncə və əks istiqamətdə əlavə reys açılacaq.
Qeyd edək ki, əlavə vaqonlara bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçiriləcək.
Dövlət qurumları gücləndirilmiş iş rejiminə keçir
sosial sebeke

















