Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları verilir

Heydər Əliyev Fondu tərəfindən 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatlarının paylanılmasına başlanılıb[/b].

[b]İctimaixeber.com
xəbər verir ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Fondun əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri dekabrın 21-dən etibarən respublika üzrə aztəminatlı ailələrə bayram sovqatları çatdırır.

Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 28-dək bütün rayon və şəhərlər üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə təqdim olunacaq.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları verilir