Bələdiyyə üzvlüyünə seçilənlərin sayı açıqlandı

Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 15156 bələdiyyə üzvülüyünə 15154 nəfər artıq seçilib.

İctimaixeber.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

"Namizədlər sırasında kifayət qədər siyasi partiyaların nümayəndələri daxil idi. Ümumilikdə 26 partiyanın nümayəndələri seçilib. Onlardan 90,13 faizi ali təhsilli, 2,8 faizi orta ixtisas təhsillidir. Yaxşı göstəricidir. Liderlik edən namizədlərdən 38,81 faizi, yaxud 5882-i xanımlardır. Beləliklə, liderlik edən namizədlərin 40 faizə yaxını xanımlardır. Digər 9272 liderlik edən namizəd isə kişilərdir. Yaş kateqoriyalarına gəldikdə isə liderlik edənlərin 40 faizi 21-30 yaş arasında, 26 faizi 31-40 yaş arasında olanlardır”.

M.Pənahov bildirib ki, daxil olan müraciətlərin araşdırılması yenə də davam edəcək.

M.Pənahovun sözlərinə görə, digər iki namizədin səsi isə eynidir və onlar seçilməmiş sayılır.

MSK sədri bildirib ki, bu isltiqamətdə araşdırmalar gedir və yəqin ki, sonda nəticələr dəyişə bilər