Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkisində iştirak etmək üçün indiyə qədər 2226 nəfər müraciət edib.

“İctimaixeber.com” bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 2066 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: "Onlardan 1903 nəfəri isə imza vərəqələrini götürüb, 580 nəfər dolduraraq qaytarıb, 285 nəfər isə qeydə alınıb”.

İclasda o da qeyd olunub ki, növbədənkənar parlament seçkisilə əlaqədar 5 387 600 ədəd bülleten çap ediləcək.