Sürücülərin nəzərinə: Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı unikal yenilik - ÖZƏL

Azərbaycanda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazası yaradılacaq.

İctimaixeber.com xəbər verir ki, bunu Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, elektron məlumat bazasının yaradılması “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında nəzərdə tutulub. Hazırda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazasının yaradılması və məlumatların elektron qaydada hazırlanması barədə layihə hazırlanır.

Bu, irihəcmli işdir və mütəxəssislər cəlb edilməlidir. Bizim də fikrimiz var ki, baş verən yol-nəqliyyat hadisələri zamanı məlumat toplananda, hətta görüntülü şəkildə dərhal o proqram əsasında qoyulan suallara konkret cavab verilsin.