Bakı-Sumqayıt yolunda genişləndirmə bu vaxt başa çatacaq

sosial sebeke

Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsinə artıq başlanılıb və Xırdalan dairəsi ərazisində mövcud yeraltı tunelin həm gediş-gəliş hissəsində əlavə iki hərəkət zolağının, həm də yeni yeraltı tunelinin tikintisinə başlanılıb.

İctimaixeber.com bildirir ki, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bundan əlavə, “20 Yanvar”dan çıxan tuneldən Bakıətrafı qəsəbələrə və Xırdalan daxil olmaqla, Rusiya və Sumqayıt istiqamətinə gedən yol zolaqlarının ayrılması nəticəsində bu intensivliyin aradan qaldırılması layihəsinə başlanılıb.

SON XƏBƏRLƏR