İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanda müştərək maliyyələşmə məbləğinin tətbiqinə hansı ərazilərdən və hansı formada başlayacağını açıqlayıb.
İctimaixeber.com xəbər verir ki, Agentlik sorğusuna cavab olaraq bildirilib ki, müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci ildən başlanılacaq.
Lakin bu mexanizm həmin tarixdən bütün ölkə üzrə tətbiq edilməyəcək. Yeni mexanizm yalnız icbari tibbi sığorta sisteminin tətbiq olunacağı əraziləri əhatə edəcək. Başqa sözlə, icbari tibbi sığorta sisteminin tətbiq olunacağı ərazilərin əhatə dairəsi genişləndikcə, paralel olaraq, müştərək maliyyələşmə mexanizminin tətbiq ediləcəyi rayon və şəhərlərin də sayı artacaq. İcbari tibbi sığorta sistemi tətbiq edilməyən ərazidə yaşayanlar isə bu sistem həmin ərazidə tətbiq edilənə qədər ətraf rayon və şəhərlərin tibb müəssisələrindəki xidmətlərdən müştərək maliyyə məbləği ödəmədən istifadə edə biləcəklər.
Aprelin 1-dən xəstəxanalarda xidmətlərə görə əlavə pul ödəniləcək? - RƏSMİ
sosial sebeke

















