Bakının bu qəsəbəsinin sakinləri yolsuz qalıb

Bakının Qala qəsəbəsinin sakinləri yolsuzluqdan əziyyət çəkir.

İctimaixeber.com xəbər verir ki, Dördyol adlanan ərazidə yaşayan sakinlər qış aylarında yoldan istifadə edə bilmirlər.

Sakinlərin sözlərinə görə, dəfələrlə adiyyəti qurumlara müraciət etsələr də, onların probleminə baxan olmayıb.

Yağış sularından yolda yaranan gölməçələr gediş-gəlişi çətinləşdirir.