20 yanvar şəhidlərinin 30-cu il dönümünə həsr olunmuş “20 yanvar-Qəhrəmanlıq dastanı” adlı ədəbi-bədii gecə keçirilib

Tədbirin aparıcısı Turan xanım tədbiri açıq elan etdikdən sonra Azərbaycan himni səsləndirilib. Daha sonra vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış üçün söz 20 yanvar Cəmiyyətinin sədri Soltan Əzimzadəyə verilib. O, 20 yanvar faciəsi, faciə qurbanları haqqında geniş məlumat verib. Daha sonra səhnəyə Şəmistan Əlizamanlı dəvət olunub. O, çıxışında şəhidlərin ruhuna hörmət və sayğısını bildirmiş və şəhidlərə həsr etdiyi mahnını ifa etmişdir. Sonra söz Xocalı Soyqırımını Tanıtım İctimai Birliyinin sədri Şamil Sabiroglu, Qarabag qazisi Rey Kərimoğlu, DYB sədri Almaz İlahə Əhmədovaya verilib. Çıxış edənlər belə tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd edərək, tədbirin təşkilatçıları olaraq Fərahim Sadiq, Azər Əsgərov, 20 yanvar Cəmiyyətinin və Vətəpərvərliyə Dəstək İctimai Birliyininin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə həmçinin Gürcüstan 9 aprel Cəmiyyətinin gürcü nümayəndələri və Rostov Azərbaycan İcmasının nümayəndələrindən Leyla Əhmədova, Azərbaycan Alpagut Turan Döyüş Sənəti Federasiyasi struktur heyətinin fəalları iştirak ediblər.
Çıxışlardan sonra Cahanın naxışları, Fərqli qrup, Vətənpərvərlər və bir çox digər qruplar da şəhidlərə və vətənpərvərliyə aid şeir və mahnılar səsləndirib. Uşaqların ifasında səslənən şeirlər tədbir iştirakçılarını həm qürürlandırıb, həm də kövrəldib, onlar göz yaşlarını saxlaya bilməyiblər. Daha sonra tədbir iştirakçılarına İntiqam Kərimov, Leyla Nur, Arzu xanımın ifaları təqdim olunub.

Tədbirin sonunda Naxçıvanlılar qrupunun üzvü, tədbirin təşkilatçılardan biri olan Azər Əsgərov çıxış edərək texniki dəstəyə görə “Hakim Music Group”un rəhbəri Zahib Bayramlıya və kollektivinə, bundan əvvəlki tədbirlərin keçirilməsində təşkilati dəstəyini əsirgəməyən xeyriyyəçi insan Əhmədov Rza Salman oğluna xüsusi minnətdarlığını bildirib.