Milli Məclisə namizəd Fuad İsa oğlu Muxtarov seçicilərlə görüş keçirtdi.

Mən sizlərdən biriyəm özünüzə səs verin,.

42 saylı Sumqayıt ikinci seçki dairəsindən Milli Məclisə namizəd Fuad Muxtarov İsa oğlu seçicilərlə görüşü keçirilib.
Seçiciylə görüşdə Fuad Muxtarov qeyd edib ki, seçiləcəyi təqdirdə seçiciləri ilə müntəzəm görüşlər keçirərərək, onların problemləri ilə ətraflı tanış olacaq və pensiya yaşının aşağı salınması təklifi ilə çıxış edəcək, digər səbəblər üzündən dövlət və icra qurumlarında həllinə nail ola bilmədikləri haqlı tələblərini deputat səlahiyyətləri çərçivəsində əlaqədar təşkilatlar qarşısında həllinə çalışacaqdır. Dövlətin gəncləşdirilməsi siyasətini dəstəkləyərək bununla bağlı bəzi təklifdə irəli sürəcək.
Təmsil etdiyi şəhərin əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasını daima diqqət mərkəzində saxlayacaq. Məhəllədaxili yolların abadlaşdırılması, yataqxanaların təmiri məsələlərinin və bu qəbildən olan insfrastruktur xarakterli məsələlərin müvafiq icra nümayəndləri vasitəsi ilə həll edəcəyini vurğulayıb. Seçicilər tərəfindən səmimi qarşılanan Fuad Muxtarovun görüşü maraqlı və yaddaqalan olub.
Fuad Muxtarov İsa oğlunu tanıyaq:

7 noyabr 1987- ci ildə Sumqayıt şəhərində sadə və zəhmətkeş bir ailədə dünyaya gəlib. 1994 - 2005-ci illərdə Sumqayıt şəhər Mətləb Quliyev adına 3 saylı tam orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin yer üstü nəqliyyatı vasitələri, yol hərəkətinin təşkili fakültəsinə daxil olur və 2009-cı ildə buranı bitirir. Elə həmin ildə həqiqi hərbi xidmətə çağrılır və Ağdam N saylı hərbi hissəsində (döyüş bölgəsində) xidmət edir. 2010-cı ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra və "Sumqayıt-Aşqarlar" ASC-nin mühafizəçi vəzifəsində ilk iş fəaliyyətinə başlayır. Bir müddət sonra “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatında kredit işçisi vəzifəsində iş fəliyyətini davam etdirib. Sonra “Çaşıoğlu” elm istehsalat birliyində satış müdiri, “Coşkun Kauçuk” MMC- də satış müdiri daha sonra Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən “Coşkun Kauçuk” Sənaye və Ticaret A.Ş Azərbaycanda rəsmi nümayəndəsi kimi çalışır. 2011- ci ildən ailəlidir: 3 övladı var.

Yeganə Telmanqızı
“İctimaixeber.com”