Azərbaycanlı qadınların Türkiyədə biyabırçı görüntüləri yayıldı - VİDEO

Azərbaycanlı qadınların Türkiyədə  biyabırçı  görüntüləri yayıldı - VİDEO
Türkiyənin Kayseri şəhərində fahişəliklə mübarizə çərçivəsində əməliyyat keçirilib.

kainat.tv baku.ws-ə istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində biri Türkiyə vətəndaşı, 9-u əcnəbi olmaqla 10 qadın saxlanılıb.

Əməliyyat zamanı bu qadınları fahişəliyə cəlb edən beş nəfər - S.A. Ş.Ö. adlı qadınlar və E.Y. M.T. ve R.T. kişi barəsində cinayət işi başlanıb. Onlar Azərbaycan, İran və Gürcüstan vətəndaşları olan bu qadınları iş vədi ilə aldadaraq Kayseri şəhərinə aparıblar. Pasportlarını aldıqdan sonra onlara sənəd imzaladaraq fahişəliyə məcbur etməkdə ittiham edilirlər.

Əməliyyatdan sonra insan alverinin qurbanı olan xarici vətəndaşlar Miqrasiya İdarəetmə Mərkəzinə göndərilib.

Əməliyyat zamanı çəkilmiş görüntüləri təqdim edirik: