"Bu gün axşam saatlarından başlayaraq respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur”.
İctimaixeber.com bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidroloqu Asif Verdiyev deyib.
O qeyd edib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normandan bir qədər artıqdır: "Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir”.
Dumanlı hava martın 15-i günorta saatlarına kimi davam edəcək
sosial sebeke

















