"Milliyet" xəbər verir ki, azərbaycanlıya təcavüz etdiyi iddia olunan Yılmaz K. məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə səhər saatlarında Konyaaltı rayonunda marşurut avtobusunda baş verib. İddaiaya görə, Belek bölgəsində 5 ulduzlu bir oteldə ofisiantlıq edən Yılmaz K. azərbaycanlı N.M-yə təcavüz edib. Bu hadisəyə digər sərnişinlər də şahid olub. Qızın qışqırması ilə sürücü avtobusun qapılarını bağlayıb və polis çağırıb.
Hadisə yerinə gələn polis Yılmaz K.-nı idarəyə aparıb. N.M isə Antalya Polis İdarəsi Asayiş Şöbəsinin Qərargahında yaşadığı hadisəni polisə danışıb.
Təcavüzkar ifadəsində ittihamları qəbul etməyib. Məhkəməyə sövq edilən Yılmaz K. hakim tərəfindən həbs olunub.


















