Azərbaycanın ən abad, gözəl rayonlarından biri-ZAQATALA

sosial sebeke

Azərbaycanın ən abad, gözəl rayonlarından biri-ZAQATALA

Bölgələrdə iqtisadi artıma nail olmağın əsas yollarından biri də turizm sahəsini inkişaf etdirməkdir. Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Zaqatala rayonu əsrarəngiz təbiəti, özünəməxsus iqlimi ilə insanı valeh edir.Azərbaycanın ən abad, gözəl rayonlarından biri-ZAQATALA
Zaqatalanı abidələr məskəni də adlandırmaq olar. Burada qədim alban tayfalarının qoyduğu izlərdən başlayaraq, bu günümüzə qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayondakı ən məşhur tarixi məkanlardan biri 1830-cu ildə çar Rusiyasının dayaq nöqtəsi kimi tikilən Zaqatala qalasıdır. 11 hektara yaxın qalanın ərazisində 17 tikili var. 1984-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə qalanın ərazisi Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olunub və hazırda Mədəniyyət və Turizm Nazirliyinin balansındadır.
Zaqatalanın bugünkü mənzərəsi turizm üçün geniş imkanlar açır. Aparılan tikinti və abadlıq işləri rayon mərkəzinin gözəlliyini daha da artırıb. Tarixi-mədəni abidələr, Qala düzü adlı ərazi, Dədə Qorqud meydanı, Zaqatala qalası ərazisində yerləşən qədim alban məbədi bərpa olunub.
Rayonun dağlıq ərazilərində yeni turizm marşrutlarının salınması planlaşdırılır. Gələn turistlər rayonda fəaliyyət göstərən turizm-informasiya mərkəzindən istədikləri məlumatı əldə edə bilirlər. Vaxtilə Zaqatalada toxunan xalçalar, dulusçuluq məmulatları və digər xalq sənəti nümunələri dünya muzeylərinin bəzəyi olub. Bütün bunlar Zaqatalanı turistlər üçün maraqlı məkana çevirir.
Rayonda turizmi inkişaf etdirmək üçün müvafiq proqram hazırlanıb. Proqram çərçivəsində mehmanxanalarda, ictimai-iaşə müəssisələrində, tarix-mədəniyyət abidələrində müxtəlif tədbirlər həyata keçirilir: «Xüsusilə kənd yaşıl turizmi hazırda Zaqatalada çox populyardır. Rayonun Car, Mazıx, Sabunçu, Yuxarı Tala, Meşleş, Kebeloba, Yuxarı Çardaxlar kəndlərində ailəvi dincəlmək istəyənlər üçün normal şəraitli evlər var».
Qeyd edilir ki bu ildən Xalaxi gölü istiqamətində yeni bir turizm marşrutu istifadəyə verilib. Rayonda fəaliyyət göstərən turizm informasiya mərkəzi tərəfindən hazırlanmış marşrut turistlərin böyük marağına səbəb olub.
Ilin 7 ayı ərzində Zaqatalaya 20 minə yaxın turist gəlib. Hazırda rayonda 11 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbənin qazanılmasında Zaqatalanın igid oğullarının da əməyi az olmayıb. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan zaqatalalı könüllü gənclər, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər. Xalqımız qəhrəman övladları ilə hər zaman fəxr edir.
Azərbaycanın ən abad, gözəl rayonlarından biri-ZAQATALA

Zaqatala rayonu 44 günlük müharibədə ilk şəhidini verdiyi gündən rayon rəhbərliyi, aidiyyəti qurumlar, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar şəhid ailələrinə maddi və mənəvi dəstəklərini əsirgəməmiş, daim onlara diqqət və qayğı göstərmişlər. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə müxtəlif qurumların, o cümlədən, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Vətən müharibəsində Azərbaycan torpaqları uğrunda canlarından keçən, qanı-canı bahasına bizə zəfər, qələbə sevinci yaşadan şəhidlərin ailə üzvlərinə mütəmadi olaraq baş çəkir.Azərbaycanın ən abad, gözəl rayonlarından biri-ZAQATALA
Bu görüşlərin əsas məqsədi övlad­larını, ailə başçılarını, qardaşlarını itirmiş ailələrin sosial vəziyyətlərinin diqqət mərkəzində saxlanılması, onların mənəvi-psixoloji durumunun yüksəldilməsi, doğmalarını itirmiş ailələrin rifah halının daim ölkə Prezidenti cənab İlham Əliyev və dövlət tərəfindən hər cür dəstəklə əhatə olunduqlarını ailə üzvlərinə çatdırmaqdır. Bu cür ziyarətlərdə rayon rəhbəri Vətən müharibəsində şəhid olmuş 33 nəfər zaqatalalı hərbçinin hər birinin ailə üzvləri ilə görüşür, yaşayışı ilə tanış olur, ehtiyac və istəkləri ilə maraqlanır, hər ailəyə ərzaq yardımları göstərilir.

Şəhid ailələri və qazilərə onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və
Zaqatala Rayonu İcra Hakimiyyətinin Başçısi Mübariz Əhmədzadəyə öz minnətdarlığımizi bildiririk.
Məqalə:
Ilkin Cəfərli
Hidayət Əliyev
Azərbaycanın ən abad, gözəl rayonlarından biri-ZAQATALA
Azərbaycanın ən abad, gözəl rayonlarından biri-ZAQATALA
Azərbaycanın ən abad, gözəl rayonlarından biri-ZAQATALA[/center]

SON XƏBƏRLƏR