"Maaş kartımı dükana qoyaraq nəfəs aparatı, dərmanlar almışam.

"Maaş kartımı dükana qoyaraq nəfəs aparatı, dərmanlar almışam.

Vətən müharibəsində iştirak edən Şabran rayon sakini Bayramov Gündüz Yusif oğlu hələ də onun adına verilən medalı ala bilmir.

Ictimaixeber.com xəbər verir ki, G.Bayramov Şabran rayonunda yaşayır. Laçın, Qubadlı və Cəbrayıl uğrunda döyüşdüyünü deyir:

“ Bununla bağlı hər yerə müraciət etmişəm. Aidiyyati qurumlara muraciet etmeyime baxmayaraq mene destek olmurlar. Deyirlər get kimin üçün döyüşmüsən o da kömək eləsin, bizim rəsmi büdcəmiz yoxdur. Mən ailəmə baxa bilmirəm. Övladım reanimasiyaya yerləşdirilib, tez–tez boğulur, nəfəsi çatmır. Kommunal xərcləri və kirayə haqqını ödəyə bilmirəm.Dərmanalara görə maaş kartımı dükana qoymuşam, uşağa nəfəs aparatı, dərmanlar almışam”.