Təhsil Nazirliyinin “8 mart” çağırışı - Hər hansı vəsaitin toplanması yolverilməzdir

Təhsil Nazirliyinin “8 mart” çağırışı - Hər hansı vəsaitin toplanması yolverilməzdir

Təhsil Nazirliyi yanında İctimai Şura 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ictimaiyyətə müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir. Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər birimiz nəzarət etməliyik.

Həmçinin qeyd olunur ki, belə hallarla qarşılaşanlar tnictimaishura@gmail.com elektron poçt ünvanına müraciət edə bilərlər.

Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir.

Müraciət xanımların 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilməsi ilə yekunlaşdırılır.