Birinci siniflərə şagird qəbuluna may ayında başlanılacaq - Nazirlik

Birinci siniflərə şagird qəbuluna may ayında başlanılacaq - Nazirlik

2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.

Trend xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir.

Qeyd edilib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən ətraflı məlumat veriləcək.