“Artıq Ermənistan tərəfindən konkret addımlar atılmalıdır” - Deputat

 “Artıq Ermənistan tərəfindən konkret addımlar atılmalıdır” - Deputat

“Revanşist qüvvələri təxribat cəhdlərini davam etdirsə və bəndlərə əməl etməyə maneə olsa, uduzan yenə tərəf Ermənistan olacaq”

Ictimaixeber.com xeber verir ki , bu barede Milli Məclisin deputatı Vüqar İskəndərov açıqlama verib.

O bildirib ki, Cənab Prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü bir çox mətləblərə aydınlıq gətirdi:

“Azərbaycan növbəti dəfə diplomatik qələbəsini qazanmış oldu. Bu onu deməyə əsas verir ki, Azərbaycan diktə edən ölkədir. Yeni geosiyasi mənzərdə Azərbaycan vacib faktordur. Tək bölgəmizdə yox artıq dünyada sayılıb, seçilən konkret mövqeyi olan ölkələr sırasındadır. Həmin görüşdə müzakirə olunan məsələlər, iki ölkə arasında münasibətlərin qurulması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası məsələləri ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinin prosesin müzakirəsinə başlamaları oldu. Buna əsas olaraq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Bu danışıq əsasında artıq qarşıya qoyulan məsələlər müzakirə olunub”.

Milliət vəkili bu cür danışıqlara pozitiv baxılmalı olduğunu vurğulayıb:

“Əsas məsələlərdən biri də Azərbaycan tərəfinin irəli sürdüyü təklifin Ermənistan tərəfindən təsdiq olunmasıdır. Ermənistan tərəfdən razılıq verilməsi bu məsələnin labüd olmasıdır. Çünki Ermənistan hazırda elə siyasi mövqeyə malikdir ki, onun üçün 5 prinsiplik təkliflər həyatlarını qurtarmaq anlamına gəlməlidir. 5 bənd tam rasional, halhazırdakı situasiyaya uyğun, olan məsələlərdir ki, Avropa İttifaqı , ABŞ dövlət katibi tərəfindən də dəstəkləndiyi gördük. Beynəlxalq aləm , dövlətlər Azərbaycan-Ermənistan arasında gedən danışıqları, Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət təklifləri dəstəkləyirlər. Ancaq məlumdur ki, Ermənistanın indiyə qədər verdiyi sözə əməl etməmək və bir çox əks qütblər arasında manevr etmə cəhdlər var. Bu Ermənistanın uğursuz siyasət aparmasını göstərir. Çünki hazırda Ermənistan xarici siyasətində anlaşılmazlıq hökm sürür. Bu gah Rusiya ilə , gah Qərblə oyunlardır. Artıq bu oyunları həm Qərb, həm də Rusiya yaxşı anlayır. Bu artıq erməni siyasətinin simasızlığıdır. Çünki dövlətin konkret mövqeyi aydın deyil. Biz inanmaq istəyirik ki, Ermənistan Brüssel görüşündə verdiyi sözə əməl edəcək. Azərbaycan istəyirik ki, Ermənistan tərəfindən verilən sözə əməl olunsun. Bununla da hər iki dövlətə və bölgəyə sülhün gəlməsi təmin olunar. Azərbaycan bu məsələdə mövqeyi konkretdir, stabildir. Biz bölgəyə sülhün, tərəqqinin gəlməsini arzulayırıq. Artıq Azərbaycan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində iqtisadi işlərin aparılmasını təmin edir. Yeni yollar çəkilir, körpülər tikilir, infrastruktur layihələri, ağıllı şəhər, ağıllı kənd layihələri icra olunur. Bunlar hər biri Azərbaycanın sülh dövründəki fəaliyyətidir”.

Milli Məclisin üzvü Azərbaycanın bu istiqamətdəki fəaliyyətlərinin də beynəlxalq düşərgə tərəfindən də tam dəstəkləndiyini söyləyib:

“Artıq dost və digər ölkələr Azərbaycanın yenidənqurma işlərinə dəstək olur, təkliflər verirlər. Bu təkliflər Azərbaycan tərəfindən dəyərləndirilir. Bunlar onu deməyə əsas verir ki, Ermənistanın nə deməsində asılı olmayaraq Azərbaycanın mövqeyi konkretdir. Azərbaycan sülhün tərəfdarıdır. Lakin unutmaq olmaz ki, düşmənimiz hiyləgərdir. Sözü ilə əməli çox vaxt düz gəlmir. Biz sülhü arzulasaq da hər zaman digər variantlara hazır olmalıyıq. Ölkə prezidenti də dəfələrlə bildirib ki, biz sülhü dəstəkləyirik , artıq müharibə istəmirik. Lakin Ermənistanın revanşist qüvvələri bunu arzulasa, təxribat cəhdlərini davam etdirsə və bəndlərə əməl etməyə maneə olsa burada uduzan Ermənistan olacaq. Azərbaycan hansı tərəfdən yanaşsaq qalib ölkədir. Həm müharibə zaman bunu göstərdi , həm post müharibə dövründə bunu göstərir.

İndi artıq Ermənistan tərəfindən konkret addımlar atılmalıdır. Arzulayırıq ki, bəndlərin bir-bir icrası Ermənistan tərəfindən təmin olunsun”,- deyə V.İskəndərov əlavə edib.