Fəridə Hicran “44 günlük Vətən müharibəsindən sonra” layihəsi ilə Niderland Krallığında….

Fəridə Hicran “44 günlük Vətən müharibəsindən sonra” layihəsi ilə Niderland Krallığında….

Fəridə Hicran “44 günlük Vətən müharibəsindən sonra” layihəsi ilə Niderland Krallığında….

“44 günlük Vətən müharibəsindən sonra” layihəsi ilə 15 günlük Niderland krallığına səfər edən “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birlyinin sədri Fəridə Hicran Vəliyeva ilk olaraq qələbə sevincini Hollandiyada yaşayan azərbaycanlı soydaşları ilə bölüşdü.
Mart ayının 13-də sədr “Life24” telekanalına üz tutdu. Proqramın sponsoru Mehmed Kaplan bəyin, Genel yayın Yönetmeni İbrahim Karaman bəyin və Azərbaycan Lades klubun(vəqfin) sədri Kəmalə Ceylanovanın dəstəyi ilə erməni təcavüzkarlığını öz çıxışı ilə Avropa xalqlarına çatdırıb.
Daha sonra Fəridə xanım Xurşudbanu Natəvanın büstü yerləşən Belçikaya gedib orada Şuşanın bünövrəsini qoyub, Şuşa qalasını inşa etdirən Pənahəli xanın kötükcəsi böyük Azərbaycan şairi Natəvanın büstünü ziyarət edib.
Fəridə xanım Vəliyeva Hollandiyada Fatma Aktaşın dəstəyi ilə səhnəyə qoyulan, müəllifi olduğu “Xan qızı Natəvan” tamaşasından verilən kadrlara da baxmağa vaxt ayırıb. Elə həmin gün günorta Den Haaq şəhərində yerləşən Azərbaycan səfirliyində Fikrət Axundovla birgə Hollandiyada fəaliyyət göstərən Azərbaycan və Türkiyə vəqflərinin başkanları ilə görüş keçirib. Fəridə xanım həmin görüşdə Qalib sərkərdəmizin ağıllı siyasətindən, ordumuzun qəhrəmanlıq sücayətlərindən söhbət açıb. Daha sonra isə Fəriə xanım “Sahibkar qadınlar” ictimai birliyinin sədri Zenfira Ağayeva ilə birlikdə İlhan Aşkının təşkilatçılığı, “Hollanda Azərbaycan Türk kültürü” dərnəyinin təşəbbüsü ilə Xocalı faciəsini əks etdirən monimentin qarşısında nitq söyləmiş və gül, çiçək dəstləri qoymuşdur.
Mart ayının 15-də Fəridə Hicran yenidən Özcan Dəniz bəyin dəstəyi ilə “Hollanda Azərbaycan Türk kültürü” dərnəyinin rəhbəri İlhan Aşkınla bərabər “Dəniz Tv” kanalında “Qarabağ gerçəkləri və Talan olmuş Vətənim mövzusunda” çıxışını davam etdirib.
Mart ayının 17-də Fəridə Hicranın Benilüks Azərbaycanlılar konqresindəki tədbirdə etdiyi çıxış da diqqətdən kənarda qalmayıb, Hollandiyada çıxan bir çox dərgilərdə çapa gedib. Elsevər Məmmədovun giriş sözündən sonra çıxış edən “Miqrasiya Proseslərinin Təqdiqi” ictimai birliyinin sədri Fəridə Hicran Vəliyeva 44 günlük müharibə və qələbə mövzusunda geniş məruzəsini burada başa çatdırıb.
Fəridə Hicran “44 günlük Vətən müharibəsindən sonra” layihəsi ilə Niderland Krallığında….
Fəridə Hicran “44 günlük Vətən müharibəsindən sonra” layihəsi ilə Niderland Krallığında….