Bakı-Moskva təyyarəsi texniki səbəbdən hava limanına qayıdıb

Bakı-Moskva təyyarəsi texniki səbəbdən hava limanına qayıdıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-dan verilən məlumata görə, təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.