Azərbaycanda sentyabrdan ov mövsümü açıla bilər

Azərbaycanda sentyabrdan ov mövsümü açıla bilər

"Sentyabrın əvvəlindən ov mövsümünün açılması nəzərdə tutulur".

“Ictimaixeber.com” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, koordinasiya şurasının iclasından sonra yekun qərar qəbul ediləcək: “Pandemiya səbəbindən mövsüm açılmaya da bilər. Yenə də iclasdan sonra qərar veriləcək”.