44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr

44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Ictimaixeber.com Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibə verib.

- Prezident İlham Əliyev Azərbaycan Ordusu Xocavənd rayonunun daha üç kəndini işğaldan azad edilməsi ilə bağlı paylaşım edib:

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"