Ağdamda mina partlayışı olub, iki nəfər ölüb

Ağdamda mina partlayışı olub, iki nəfər ölüb

Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.

DİN-in mətbuat xidmətindən bildirilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.