Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaq BAŞA ÇATDI

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaq BAŞA ÇATDI

İranda Azərbaycan səfirliyinə hücumla bağlı istintaq başa çatıb.

"Ictimaixeber.com" İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə və ədliyyə sözçüsü Məsud Sataişi mətbuat konfransında bildirib.
“Bu ilin yanvarında Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum acı hadisə idi. Bütün aidiyyatı strukturlar hesab edir ki, bu hücumun səbəbkarına qarşı sərt tədbirlər görülməlidir”, - sözçü bildirib.

Onun sözlərinə görə, “bu işin müxtəlif məqamları müəyyən edilib, istintaq yekunlaşıb”.

Sataişi bu məsələdə Azərbaycan tərəfinin əməkdaşlığının vacibliyini vurğulayıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror aktı törədilib. Kalaşnikov avtomatı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinin binasına soxularaq Təhlükəsizlik Xidmətinin rəisini öldürüb, iki nəfəri yaralayıb. Terrorçu səfirliyin digər təhlükəsizlik əməkdaşı tərəfindən zərərsizləşdirilib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.