Bakıda binalar zəlzələyə davamlıdırmı? - Ekspert açıqlayır

Bakıda binalar zəlzələyə davamlıdırmı? - Ekspert açıqlayır

Azərbaycanda qeydə alınan zəlzələnin baş verməsi ilə binaların təhlükəsizliyi məsələsi də gündəmə gəldi. Maraqlıdır ki, Bakıda binalar zəlzələyə davamlıdırlarmı?

Məsələ ilə bağlı danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, tikinti norma və standartlaşdırılmasında layihələnmə zamanı binaların zəlzələyə davamlılığı da nəzərə alınır.

“Əgər tikinti norma və standartlara uyğun olaraq tikilibsə, istismar zamanı isə layihədən kənara çıxılmayıbsa, binalarda zəlzələ zamanı dağıntıların olma ehtimalı çox azdır. Ancaq istismar müddətini başa vuran, tikinti norma və standartları pozulan, mütəmadi olaraq baxış həyata keçirilməyən binalar var ki, onların dağılma ehtimalı daha çoxdur. Həm tikinti prosesinə, həm də ondan sonrakı yoxlanışa ciddi riayət olunmalıdır.

Ekspert onu da qeyd edib ki, insanlar istismara düzgün nəzarət edilməlidir.
“Müşahidə etsək görərik ki, nə qədər köhnə beşmərtəbəli binalar var. Bununla yanaşı yeni tikilmiş binaların layihəsindən kənara çıxaraq əlavə otaq düzəldirlər. Bu müdaxilələr ciddi mənada binanın təhlükəsizliyinə problem yaradır. Binaların tikilmə prosesi normal olsa da, heç bir problem görülməsə də, orada sonradan aparılan işlər zəlzələ zamanı ciddi prolem yaradan amillərdəndir”.