İndiyədək Laçına 133 ailə qayıdıb.

İndiyədək Laçına 133 ailə qayıdıb.

İndiyədək Laçın şəhərinə 133 ailə, yəni 503 nəfər qayıdıb və daimi məskunlaşması təmin edilib.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 22 ailə - 79 nəfər köçürülüb.

İyulun 22-də daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.

"Ictimaixeber.com" xəbər verir ki, bu gün daha 79 nəfərdən ibarət 22 ailə doğma yurduna geri dönür.

Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.