Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verdi.

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verdi.

Ötən gün saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə bağlı qərar verilib.

"Ictimaixeber.com" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Q. İbadoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ötən gün saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluya qarşı irəli sürülmüş ilkin ittiham ağırlaşdırılıb.

"Ictimaixeber.com" xəbər verir ki, o, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bu maddənin sanksiyasında 8 ildən 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu barədə partiya sədrinin vəkili Zibeydə Sadıqova məlumat verib. O qeyd edib ki, Q.İbadoğlu bir azdan Nərimanov Rayon Məhkəməsinə çıxarılacaq.