İstanbul-Bakı aviareysi ilə gələn şəxs külli miqdarda narkotiklə tutuldu (FOTO)

İstanbul-Bakı aviareysi ilə gələn şəxs külli miqdarda narkotiklə tutuldu (FOTO)

İstanbul-Bakı aviareysi ilə gələn şəxsdən külli miqdarda narkotik və psixotrop maddə saxlanılıb.

Ictimaixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunda İstanbul-Bakı aviareysi ilə Türkiyədən Azərbaycan Respublikasına gələn vətəndaşın üzərinə və əşyalarına yoxlama keçirilib.

Yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 qabda gömrük nəzarətindən gizlətdiyi, ümumilikdə külli miqdarda 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı narkotik vasitələri, 3,202 qram MDMA psixotrop maddəsi, tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda, 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsulları aşkar olunaraq götürülüb.