Bakıda günvurma ilə bağlı müraciətlərin sayı açıqlandı

sosial sebeke

Bakıda günvurma ilə bağlı müraciətlərin sayı açıqlandı

TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 7-11 avqust tarixlərində günvurma ilə bağlı 17 müraciət daxil olub.

"ictimaixeber.info" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onlardan 10 nəfəri qadın, 7 nəfəri kişidir.
"Müraciət edən şəxslərdən 13 nəfəri böyük, 4 nəfəri uşaqdır. Ümumilikdə müraciət edən şəxslərdən 11 nəfəri hospitalizasiya edilib",-deyə məlumatda qeyd edilib.

SON XƏBƏRLƏR