Naxçıvanın ədliyyə naziri işdən çıxarıldı

Naxçıvanın ədliyyə naziri işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

Ictimaixeber.com xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan MR ədliyyə naziri vəzifəsindən azad olunub.

Anar İbrahimovun digər sərəncamına əsasən, Hüseyn Akif oğlu Səfərov Naxçıvan ədliyyə nazirinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Hüseyn Səfərova həvalə olunub.