Bakıda üçmərtəbəli binada yanğın baş verib

Bakıda üçmərtəbəli binada yanğın baş veribAprelin 3-də səhər saatlarında Bakıda yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə paytaxtın Bəşir Səfəroğlu küçəsində üçmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Alov söndürülüb, binanın qalan hissəsi yanğından mühafizə olunub.

İlkin məlumata görə, hadisə nəticəsində binanın 50 kvadratmetrlik sahəsi yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.