Suraxanıda su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

sosial sebeke

Suraxanıda su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblarSuraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində altı evin girişindən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Çələbiyev və R.Quliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR