Bakıda avtomobildən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Bakıda avtomobildən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıbBakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edərək martın 30-da axşam saatlarında M.Həsənov küçəsində “Jeep” markalı avtomobilindən 500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Allahverdiyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.