İran saytı Azərbaycan əhalisinin 10 milyona çatmasından yazır

İran saytı Azərbaycan əhalisinin 10 milyona çatmasından yazırİranın “Tasnim news” informasiya saytında Azərbaycan Respublikasının əhalisinin 10 milyon nəfərə çatması haqqında xəbər yayılıb.

AZƏRTAC xəbər verir ki, xəbərdə İranın qonşusu və dostu olan Azərbaycan Respublikasında inkişafın nəticəsi olaraq əhalinin artması qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Respublikasının əhalisi qısa müddətdə artaraq 10 milyon nəfərə çatıb.