SON DƏQİQƏ: Qırğızıstan Qazaxıstana nota verdi

SON DƏQİQƏ: Qırğızıstan Qazaxıstana nota verdi

Qırğızıstan hakimiyyəti Bişkekdəki Qazaxıstan səfirliyinə etiraz notası göndərib.

Ictrimaixeber.com xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Sputnik Qazaxıstan”a bildiriblər ki, notanın alınması ilə bağlı məlumat yoxlanılır.

“Hazırda iki dövlətin Xarici İşlər və Daxili İşlər Nazirlikləri vasitəsilə Vikram Rozaxunovun saxlanma şəraitinin aydınlaşdırılması üçün müvafiq işlər aparılır”, - Prezidentin mətbuat katibi Erbol Sultanbayev bildirib.

Notaya səbəb məşhur qırğız musiqiçi Vikram Rozaxunovun bu ölkənin hakimiyyət orqanları tərəfindən saxlanmasıdır.

Buna etiraz olaraq Bişkek sakinləri Qazaxıstan səfirliyi qarşısında aksiya keçiriblər. Onlar Qazaxıstan hakimiyyətindən qırğız musiqiçinin azadlığa buraxılmasını tələb ediblər.

Müğənnilərin, musiqiçilərin və sadə vətəndaşların toplaşdığı mitinqdə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev iştirak edib. O bildirib ki, Rozaxunov terrorçu deyil və Qırğızıstan vətəndaşı saxta ittihamlarla üzləşəndə hakimiyyət susmayacaq: “Bizim üçün ağrılı olan odur ki, vətəndaşımızı terrorçu kimi göstərməyə başladılar”.

Rozaxunovun saxlanmasına Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) də münasibət bildirib. Şöbə musiqiçinin tez-tez Almatıya qastrol səfərinə getdiyini və Yeni il ərəfəsində bu şəhərə dəvət edildiyini bildirib. Məlumata görə, Rozaxunov dekabrın 16-da bilet alıb və yanvarın 2-də saat 20:00-da yola düşüb.