Ukrayna Rusiya qoşunlarının Nikolayev şəhərinə daxil olduğunu bildirib

Ukrayna Rusiya qoşunlarının Nikolayev şəhərinə daxil olduğunu bildirib

Martın 4-də səhər saatlarında Rusiya qoşunları Ukraynanın cənubundakı Nikolayev şəhərinə daxil olub.

Trend-in məlumatına görə, bunu Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim deyib.

O sakinləri təvişə düşməməyə, qadın və uşaqları evləri tərk etməməyə çağırıb.

Onun sözlərinə görə, hazırda şəhərin Oktyabrsk rayonunda döyüşlər gedir.