Yaponiyada təyyarə qəzaya uğrayıb

Yaponiyada təyyarə qəzaya uğrayıb

Yaponiyanın cənub-qərbindəki Saqa prefekturasında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Ictimaixeber.com-un məlumatına görə, hadisə nəticəsində göyərtədə olan iki nəfər ağır xəsarətlər alıb.

Qeyd olunur ki, təyyarə sahil yaxınlığında dənizə çırpılıb. Xilasedicilər xəsarət alanları təyyarədən çıxararaq xəstəxanaya çatdırıb.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.