Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma halı təsdiqlənib
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qeyd olunub ki, yoluxan şəxs virusu yüngül formada keçirib və müvafiq müalicədən sonra evə yazılıb. Onun Avropaya səfər tarixçəsi var və təmasda olduğu şəxslər də həmçinin nəzarətdə saxlanılıb.