Türkiyə ordusu Suriyanın şimalında 6 terrorçu zərərsizləşdirib

Türkiyə ordusu Suriyanın şimalında 6 terrorçu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi "Fərat qalxanı" antiterror əməliyyatı çərçivəsində daha 6 terrorçu zərərsizləşdirib.

Ictimaixeber.com məlumatına görə, bunu ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, əməliyyat zamanı bölgədə təsbit edilən PKK terrorçuları dəqiq atəş nəticəsində məhv edilib.

Nazirlik bölgədə antiterror əməliyyatının davam etdiyini vurğulayıb.