Nazarbayev ürəyindən əməliyyat olunub

Nazarbayev ürəyindən əməliyyat olunub

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub.

ictimaixeber.com məlumatına görə, bu barədə onun mətbuat katibi xəbər verir.

Qeyd edilib ki, 83 yaşlı N.Nazarbayevin əməliyyatı uğurlu keçib, heç bir həyati təhlükə yoxdur.
N.Nazarbayev 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib. 19 mart 2019-cu ildə Qazaxıstan vəzifəsindən istefa edib.