Macarıstanda 42 avtomobilin iştirakı ilə yol qəzası olub, çox sayda yaralı var

Macarıstanda 42 avtomobilin iştirakı ilə yol qəzası olub, çox sayda yaralı var

Macarıstanın paytaxtı Budapeştdən 20 kilometr qərbdə M1 şossesində 5-i yük maşını və 37-si minik avtomobili olmaqla 42 nəqliyyat vasitəsinin iştirakı ilə böyük qəza baş verib.

ictimaixeber.com xəbər verir ki, bu barədə Macarıstan paytaxtının Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, qəzadan sonra 19 avtomobil alışıb. Eyni zamanda, qəza nəticəsində 39 nəfər xəsarət alıb.

"29-u böyük, 10-u uşaq olmaqla 39 nəfər xəstəxanaya yerləşdirilib. Bunlardan 10 böyük ağır, 19-u yüngül, 4 uşaq isə ağır, 6-sı yüngül xəsarət alıb", - deyə məlumatda bildirilir.

Polis hesab edir ki, qəzaya səbəb güclü toz qaldıran, görmə qabiliyyətini xeyli pisləşdirən və yolda hərəkəti çətinləşdirən güclü külək olub.