Polşanın Ukraynadakı səfiri XİN-ə çağırıldı

Polşanın Ukraynadakı səfiri XİN-ə çağırıldı

Polşanın Ukraynadakı səfiri Bartoş Çiçokki bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Ictimaixeber.com" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfirə Polşa Prezidenti İşlər İdarəsinin naziri Marçin Pşidaçın Kiyevə göstərilən köməklə bağlı qalmaqallı sözlərinə görə xəbərdarlıq edilib: "Görüş zamanı Ukraynanın Varşavaya kömək etdiyinə görə nankorluqla bağlı iddiaların həqiqətə uyğun olmadığı və qəbuledilməz olduğu açıqlanıb".